Bu ölkə Rusiyaya əhəmiyyətli yardımlar edib - ABŞ rəsmisi AÇIQLADI

Bu ölkə Rusiyaya əhəmiyyətli yardımlar edib - ABŞ rəsmisi AÇIQLADI

“Çin Ukrayna savaşında özünü vicdanlı vasitəçi kimi göstərməyə çalışsa da, bu, belə deyil”.

 

Sfera.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

 

O qeyd edib ki, sözügedən ölkə dünyaya mövqe tutmadığını nümayiş etdirir:

 

“Çinin hələ tədarük etmədiyi, lakin nəzərdən keçirdiyimiz silahlar məsələsini bir kənara qoysaq, bu ölkə artıq Rusiyaya əhəmiyyətli yardımlar edib, diplomatik, siyasi, iqtisadi və ritorik dəstək verib”.

 

Qurum rəsmisi Çin Xarici İşlər Nazirliyinin ötən günlərdə Ukrayna savaşı ilə bağlı açıqladığı sülh təklifinə də reaksiya verib.

 

“Çin bu yaxınlarda sözdə sülh planını dərc etdi. Bu sülh planında birinci prinsip bütün ölkələrin suverenliyinə hörmət etməyə çağırış idi. Əgər Çin bu birinci prinsipə əməl etsəydi, açıq-aydın BMT Nizamnaməsinin tərəfini tutardı, açıq şəkildə beynəlxalq hüququ dəstəkləyərdi. O, Rusiyaya qarşı mübarizə aparan, Ukraynanın yanında olan hər kəsin yanında olardı”, deyə Prays əlavə edib.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR