Ermənistan və İranın XİN başçıları Cenevrədə görüşdülər

Ermənistan və İranın XİN başçıları Cenevrədə görüşdülər

Ermənistan və İran xarici işlər nazirləri Cenevrədə bir sıra məsələləri müzakirə ediblər. 

 

Sfera.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

 

Görüş BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 52-ci növbəti sessiyası çərçivəsində baş tutub. Ararat Mirzoyanın Hüseyn Əmir Abdullahyanla görüşünün digər təfərrüatları açıqlanmır.

 

BMT İnsan Hüquqları Şurasının (İHŞ) fevralın 27-də Cenevrədə açılacaq 52-ci sessiyasında irqi ayrı-seçkilik və uşaqlara qarşı zorakılıqla mübarizə, əlilliyi olan şəxslərin vəziyyəti, qida və inkişaf hüququnun təmin edilməsi ilə bağlı məsələlərə baxılacaq.

 

Şuraya daxil olan 47 ölkənin nümayəndələri həmçinin Ukrayna, işğal olunmuş Fələstin əraziləri, Əfqanıstan, Sudan, Suriya və digər ölkələrdəki vəziyyəti müzakirə edəcəklər. 

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR