Logo

Üç ölkə arasında mühüm proses: “Tezliklə Qarabağda...”

Üç ölkə arasında mühüm proses: “Tezliklə Qarabağda...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərbaycan, Türkiyə və Rusiya arasındakı məsləhətləşmələr Qərbin istəyi ilə sülh prosesini tormozlayan Ermənistan hökumətini tələsdirmək, yeni addımlara sövq etməklə nəticələnəcək”.

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.

Ekspert bölgədəki son geosiyasi proseslərə diqqət çəkib:

“Bu gün Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib. Prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Fevralın 27-də isə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana iki günlük səfərə gələcək. Bundan əvvəl - fevralın 24-də isə Prezident Ərdoğanla rusiyalı həmkarı Putin arasında telefon danışığı olub.

Beləliklə, açıqlanan rəsmi məlumatlar onu göstərir ki, 2020-ci ildə Qarabağ savaşından sonra qurulan Rusiya-Türkiyə-Azərbaycan üçlüyünün qarşıdakı mərhələdə atacağı addımların yenidən dəqiqləşdirilməsinə, məsləhətləşmələrinə və “saatlarının tutuşdurulması”na ehtiyac yaranıb.

Üç ölkə arasında mühüm proses: “Tezliklə Qarabağda...”

Böyük ehtimalla, bu məsləhətləşmələr Qərbin istəyi ilə sülh prosesini tormozlayan, ən azı onu Türkiyədəki prezident seçkilərinədək uzatmaq tapşırığı alan Paşinyan hökumətini tələsdirmək, yeni addımlara sövq etməklə nəticələnəcək. Biz bunun praktiki işartılarını çox tezliklə rus sülhmərlılarının yerləşdiyi (müvəqqəti - red.) Qarabağda görə biləcəyik.

Ərdoğanla görüş Prezident İlham Əliyevə Türkiyədəki seçkilərin təxirə salınıb-salınmayacağını da aydınlaşdıracaq və ona yaxın gələcək üçün ölkəmizə gərəkli tədbirlərin qrafikini, strategiyasını müəyyənləşdirmək imkanı verəcək”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR