ABŞ-nin Ukraynaya görə Rusiyaya tətbiq etdiyi sanksiyaların SİYAHISI

ABŞ-nin Ukraynaya görə Rusiyaya tətbiq etdiyi sanksiyaların SİYAHISI

ABŞ administrasiyası Ukraynaya təcavüz etdiyinə görə Rusiyaya qarşı indiyə qədər tətbiq etdiyi iqtisadi sanksiyalarını açıqlayıb. 


Sfera.az TASS-a istinadən xəbər verir ki, ABŞ Rusiyanın bank sektorunun 80%-nə, o cümlədən ən böyük 10 bankına qarşı sanksiyalar tətbiq edib.

 

Son bir ildə təxminən 2,4 min fiziki və hüquqi şəxs Amerikanın məhdudiyyətləri ilə üzləşib. 


Bu barədə cümə günü ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. 


Maliyyə Nazirliyinin məlumatına görə, təcavüz başlayandan bəri 1000-dən çox xarici şirkət Rusiyada fəaliyyətini dayandırıb və ya məhdudlaşdırıb. 


Son bir il ərzində ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi Avropa, Afrika və Asiyadan sanksiyalardan yan keçməkdə Rusiyaya yardım göstərən 200-dən çox şəxsi qara siyahıya salıb. 


Bundan əlavə, ötən il fevralın 24-dən bu yana 115-ə yaxın gəmi və 19 təyyarə departamentin məhdudiyyətləri altına düşüb. 


Maliyyə Nazirliyinin yüksək rütbəli nümayəndələri Rusiyaya qarşı beynəlxalq sanksiyalarla bağlı hərəkətləri əlaqələndirmək üçün 31 ölkəyə 80-dən çox səfər edib.


Bunlardan başqa ABŞ və onun müttəfiqləri Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollar məbləğində aktivlərini dondurub.


Müttəfiqlər həmçinin ümumi dəyəri on milyard dollarlarla ölçülən rusların aktivlərini bloklayıb və ya dondurub, bir neçə milyard dollar dəyəri olan bahalı daşınmaz əmlaka, lüks mallara həbs qoyub. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR