"Dəstək gözlədim, münasibətlərə xələl gətirməmək üçün susuram..." - Zelenskidən kritik İsrail AÇIQLAMASI

"Çox uzun müddət İsraildən dəstək gözlədim. Mən İsrailin vasitəçi mövqeyində olmasını istəmirdim, onların Ukraynanın tərəfini seçmələrini istəyirdim".

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.


"Mən təkcə əhalidən deyil, həm də siyasi rəhbərlikdən dəstək istədim. Bu, mənim üçün həm şəxsən, həm də tarixi baxımdan həqiqətən vacib idi. Ukraynanın İsraillə yaxşı münasibətləri var”, - Ukrayna lideri bildirib.

 

İsrailin İrana qarşı hərəkətləri və İranın Rusiyaya yardımı ilə bağlı suala isə Zelenski bildirib ki, onun cavabı var, ancaq Ukrayna və İsrail arasındakı münasibətlərə xələl gətirməmək üçün bunu deyə bilməz.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...