Logo

Zelenski: "Prezident Əliyev dövlət sərhədlərinə hörmət edilməsinin tərəfdarıdır"

Zelenski: "Prezident Əliyev dövlət sərhədlərinə hörmət edilməsinin tərəfdarıdır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayırıq, o, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin tərəfdarıdır. Buna və Ukraynaya göstərdiyi yardıma görə dövlət başçısına minnətdarıq”.

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Rusiyanın ölkəyə hərbi müdaxiləsinin bir ilinin tamam olmasına həsr olunmuş “Fevral. Yenilməzlik ili” adlı mətbuat konfransı zamanı “Report”un Şərqi Avropa bürosunun əməkdaşı Mubariz Aslanovun sualını cavablandırarkən deyib.

“Report”un əməkdaşının onunla Ukrayna dilində ünsiyyət qurmasına diqqət çəkən Zelenski “Əgər bu gün azərbaycanlı jurnalist mənə Ukrayna dilində sual verməyə cəhd edirsə, bu, artıq Azərbaycanın kimi dəstəklədiyini göstərir”, - deyə cavab verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR