Logo

“Onu ABŞ-dan gətirmək bu qədər çətindir?” – Milli Məclisdə kimin həbsi tələb olundu?

“Onu ABŞ-dan gətirmək bu qədər çətindir?” – Milli Məclisdə kimin həbsi tələb olundu?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Akkord” şirkətinin keçmiş rəhbərini rüşvət aldığına və vergidən yayındığına görə həbs etmək lazımdır".

Sfera.az xəbər verir ki, bu sözləri deputat  Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

“Onu Cinayət Məcələssinin 15 maddəsi ilə mühakimə edərək həbs etmək olar. Bu adam oturub ABŞ-da və oradan videomüraciətlər vasitəsilə insanları itaətsizliyə çağırır. Onu ABŞ-dan ölkəyə gətirmək bu qədərmi çətindir? Prokurorluq orqanlarından xahiş edirik ki, bu məsələlərə diqqət yetirsin”, –  deputat qeyd edib.

Xatırladaq ki, “Akkord” şirkətinin sabiq rəhbəri İlqar Hacıyev ölkəni tərk etdikdən sonra qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR