Logo

“Bu, sabah böyük çəkişmələr yaradacaq” – Fazil Mustafa 

“Bu, sabah böyük çəkişmələr yaradacaq” – Fazil Mustafa
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Vətəndaşların qeydiyyat məsələsini, insanların rayona qayıtması təkliflərini geniş müzakirə etməliyik".

Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

“Pensiyalarla bağlı problemlər nə dərəcədə təlatüm yaratmışdısa, indi də vətəndaşların qeydiyyatı məsələsi aktualdır. Vətəndaşlara deyilir ki, ya qayıdın rayonunuza, ya da qohumunuzun evinə qeydiyyata düşün. Bu, sabah böyük çəkişmələr yaradacaq, məhkəmələrə daşınacaq. Övladı Bakıda oxuyan, işləyən ailələrin indi rayona qayıtması mümkün deyil. Onların qohumlarının evinə qeydiyyata düşməsi məsələsi isə hesab edirəm ki, müəyyən zaman çərçivəsində olmalıdır. Qeydiyyat məsələsini, insanların rayona qayıtmasını geniş müzakirə etməliyik. Şəxsən mənim bir millət vəkili kimi bu qanundan xəbərim yoxdur. Bu məsələ ciddi müzakirə tələb edir” – deyə, deputat bildirib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR