Logo

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müdafiə sənayesi naziri Mədət Quliyev "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsində Mohammed Ahmed Al Bovardi ilə görüşüb.

Bu barədə Sfera.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı davam edir.

Sərgi çərçivəsində fevralın 23-ü müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə naziri Mohammed Ahmed Al Bovardi ilə görüşü baş tutub.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR