Logo

Şərqi Zəngəzur və Qarabağ regional mədəniyyət idarələri yaradıldı

Şərqi Zəngəzur və Qarabağ regional mədəniyyət idarələri yaradıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Mədəniyyət Nazirliyinin yeni regional idarələri yaradılıb.

Sfera.az xəbər verir ki, bu idarələr Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarını əhatə edir.

Belə ki, bunlar Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi və Qarabağ Regional Mədəniyyət İdarəsidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib. Bununla da ümumilikdə 12 regional mədəniyyət idarəsi yaradılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR