Lukaşenko və Putinin müzakirə etdiyi mövzular açıqlandı
Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlara başlayıb.
Sfera.az bildirir ki, iki liderin bu il ilk görüşü Moskva yaxınlığındakı Novo-Oqaryovo iqamətgahında keçirilib.
İclasda iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığının müzakirə ediləcəyi gözlənilir. Moskvaya səfəri ərəfəsində Lukaşenka bəyan edib ki, Putinlə söhbəti zamanı təhlükəsizlik, müdafiə və iki ölkənin hökumətləri tərəfindən iqtisadi sahədə göstərişlərin yerinə yetirilməsi məsələlərinə toxunmağı planlaşdırır.
Belarus prezidenti xüsusən də respublikada qoşunların birgə qruplaşdırılması məsələsinin müzakirə oluna biləcəyini istisna etməyib, iki ölkənin hərbçilərinin təcavüzü dəf etməyə hazır olmaq üçün döyüş koordinasiyası apardığını vurğulayıb. Lukaşenkanın qeyd etdiyi digər mövzulara enerji və idxalın əvəzlənməsi daxildir.
Xatırladaq ki, bundan əvvəl dövlət başçıları ötən il dekabrın sonunda MDB-nin qeyri-rəsmi sammitinin keçirildiyi Sankt-Peterburqda görüşüblər.
Türkan






