"Bilən də, bilməyən də tikinti sahəsinə yönəlib" - Millət vəkili özəl sektordan DANIŞDI
"Biz strateji məsələlər xaric inevsitisiyanı özəl sektora yönəltməliyik. Bu gün bir nazir tərəfindən qoyulan hədəflər sabah yeni gələn nazir tərəfindən dəyişdirilir. Yaxud hansısa xəstəxanada yeni direktor gələn kimi əvvəlki qaydaları dəyişir".
Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Millət vəkili özəl sektordan yığılan vəsaitin düzgün xərclənməli olduğunu qeyd edib:
"Sərbəst vəsaitlərin xərclənməsi mexanizmi tapılıb uyğun yerlərə xərclənməlidir. Özəl sektorlardan yığılan vəsaitlə daha çox iş görə bilərik. Sosial sığorta haqqında qanunda sərbəst vəsaitərin miqyası investisiyaya yönələrkən o halda böyük olardı ki, gəlirlər də çox olsun. Yaxşı olardı ki, istehsalla bağlı məsələləri yüksəldək.
Azərbaycanda son illər bu problem özünü göstərdi və bilən də, bilməyən də tikinti sektoruna yönəldi. Sonradan bu sahədə də insanlar iş tapmaqda çətinlik çəkdi. İnvestisyanı dövlət elə yönəltməlidir ki, özəl sektordan gələn vəsaitlər fondun gəlirini artsın və ehtiyacı olan insanların tələbatını ödəyə bilsin".
Qeyd edək ki, deputat bu fikirləri “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Əzizə Zeynal






