Deputat Türkiyəyə biletlərin baha olmasından şikayətləndi: “Tələbələr geri qayıda bilmir”

Deputat Türkiyəyə biletlərin baha olmasından şikayətləndi: “Tələbələr geri qayıda bilmir”

"Təyyarə biletlərinin bahalılığı tələbələrin Türkiyədən ölkəyə qayıtmasında çətinliklər yaradır".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov deyib. Millət vəkili Türkiyəyə  təyyarə biletlərinin qiymətinin aşağı salınmalı olduğunu vurğulayıb:

 

"Buna görə tələbələrimiz qış tətilini ölkədə yox, təhsil aldıqları ölkədə keçirirlər. Bundan başqa, tətil müddətində Bakıya gələn tələbələr biletlərin baha olması səbəbindən geri qayıdaraq distant təhsili davam etdirmək üçün dərsliklərini götürə bilmirləır. Müvafiq qurumlar bu sahədə aradşırma aparmaldırlar ki, problem həll olunsun"

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR