Logo

Aygün Bəşirovaya vəzifə verildi - FOTO

Aygün Bəşirovaya vəzifə verildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nə icraçı direktorun müavini təyin edilib.

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Mərkəzin Müşahidə Şurasının qərarı ilə Aygün Bəşirova Mərkəzin icraçı direktorunun müavini təyin edilib.

Qeyd edək ki, Aygün Bəşirova 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini "Dövlət hüququ” ixtisaslaşması üzrə bitirib.

Aygün Bəşirova əmək fəaliyyətinə 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində başlayıb, 2017-ci ildən həmin baş idarənin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda o, Ədliyyə Nazirliyi Apellyasiya Şurasının üzvü olub. 2019-cu ildən hal-hazıradək Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinin eksperti qismində fəaliyyət göstərib.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Aygün Bəşirovaya vəzifə verildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR