Logo

Türkiyənin Vitse-prezidenti Azərbaycana təşəkkür etdi

Türkiyənin Vitse-prezidenti Azərbaycana təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fevralın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin gedişatı müzakirə edilib, Azərbaycan xilasedicilərinin fəlakət bölgələrində axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirdikləri xüsusi vurğulanıb.

F.Oktay zəlzələnin ilk saatlarından Türkiyəyə göstərilən mənəvi və humanitar dəstəyə, bu ağır fəlakətin nəticələrinin aradan qaldırılması və çətinliklərlə üzləşən insanlara yardım göstərilməsi üçün bütün imkanlarını səfərbər etdiyinə görə qardaş Azərbaycan dövlətinə və xalqına bir daha dərin təşəkkürünü bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR