Mişeldən Ərdoğana: Türkiyə tək deyil
Kateqoriya məlum deyil
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Sfera.az xəbər verir ki, bu barədə Mişel özünün "Twitter" hesabında məlumat yayıb.
O qeyd edib ki, telefon danışığı zamanı Türkiyə xalqına başsağlığı verib, həmrəylik və dəstək ifadə edib.
"Türkiyə tək deyil. Avropa İttifaqı və üzv dövlətlər dəstəyi səfərbər etməyə davam edəcəklər", - deyə Mişel bildirib.
Aİ prezidenti Suriyaya humanitar çıxışı təmin etdiyinə görə Türkiyəyə təşəkkür edib.






