Yunanıstanın xarici işlər naziri Türkiyədədir
Kateqoriya məlum deyil
Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfər edib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, zəlzələ bölgəsinə baş çəkəcək.
Həmçinin nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və Yunanıstan xilasedici qrupunun gördüyü işlərlə tanış olacaq.
Qeyd edək ki, bu, 2022-ci ilin mayından sonra Yunanıstan XİN başçısının Türkiyəyə ilk səfəridir.






