XİN rəhbəri Kahramanmaraşda FHN-in mobil səhra hospitalında oldu
Kateqoriya məlum deyil
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraş şəhərindəki Mobil səhra hospitalına gediblər.
Sfera.az report-a istinadən xəbər verir ki, hər iki nazir hospitalda yaradılmış şəraitlə yaxından tanış olublar.
Daha sonra Bayramovla Çavuşoğluna mobil səhra hospitalında xəstələrə göstərilən yardımlar barədə məlumat verilib.






