Ceyhun Bayramov Kahramanmaraşdadır
Kateqoriya məlum deyil
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov baş vermiş zəlzələ ilə bağlı Türkiyədə səfərdədir.
Sfera.az xəbər verir ki, Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu ilə birlikdə Kahramanmaraşda qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kriz Mərkəzini ziyarət edib.
Nazirlər zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olublar.






