Azərbaycan İsrailə başsağlığı verdi
Kateqoriya məlum deyil
Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa edilən silahlı hücumla bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.
“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.






