"Təəssüf ki, lazımi qədər sürətlə davam etmir” - Ərdoğan
Kateqoriya məlum deyil
"Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır".
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas prioritet insan amilidir:
"İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir”.






