Logo

"Azərbaycanı Laçın dəhlizi ilə hərəkət azadlığını bərpa etməyə çağırırıq” - Fransa

"Azərbaycanı Laçın dəhlizi ilə hərəkət azadlığını bərpa etməyə çağırırıq” - Fransa
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransanın ATƏT-dəki nümayəndəliyi Laçın dəhlizi ilə bağlı Azərbaycana müraciət edib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Fransa  Azərbaycan-Ermənistan dialoquna töhfə verəcəyini bildirib:

“Fransa Aİ ilə birlikdə Ermənistan və Azərbaycan arasında, o cümlədən ATƏT çərçivəsində dialoqun inkişafına töhfə verməkdə davam edəcək.

Fransa Azərbaycanı ötən il dekabrın 12-dən blokadaya alınmış Laçın dəhlizi ilə hərəkət azadlığını bərpa etməyə çağırır”, - nümayəndəliyin “Twitter” mikrobloqunda bildirilib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 61 gündür davam edir. Yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR