BMT sülhməramlıları Qarabağa göndərilir? - Rusiya rəsmisi AÇIQLADI

BMT sülhməramlıları Qarabağa göndərilir? - Rusiya rəsmisi AÇIQLADI

BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası o qədər də real deyil, regionda sülhün və təhlükəsizliyin bərpası problemləri Rusiya sülhməramlı kontingenti tərəfindən effektiv şəkildə həll edilir.

 

Sfera.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev deyib.

 

O qeyd edib ki, Qarabağda beynəlxalq və xarici təşkilatlardan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti davam edir və BMT-nin humanitar qurumları azərbaycanlılardan və ermənilərdən ora daxil olmağa, hətta ilkin ehtiyacların müəyyənləşdirilməsinə belə icazə almayıb.

 


"Bu şəraitdə hətta Dağlıq Qarabağa beynəlxalq humanitar yardımın göstərilməsində də irəliləyiş yoxdur. Biz Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda sülhün və təhlükəsizliyin bərpası ilə bağlı bütün problemlərin öhdəsindən səmərəli şəkildə gəldiyini görürük”, - İliçev sözlərinə davam edib.

 

Bundan əlavə, rusiyalı diplomat əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının mandatı altında yerləşdirilən sülhməramlı missiyalar həmişə qəbul edən dövlətlərin etimadını qazanmır.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR