Logo

Dağıntılar altından çıxarılan tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA

Dağıntılar altından çıxarılan tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Malatya şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə xilas edilib.

Sfera.az xəbər verir ki, bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

A.Hacızadə deyib ki, hazırda tələbələrin vəziyyətilə bağlı məlumatlar toplanır:

“Onların kimlikləri, sağlıq durumları ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən 7.7 ballıq zəlzələdən sonra 3 minə yaxın insan həlak olub, 15 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında azərbaycanlılar da var. Eyni zamanda dünən 4 azərbaycanlı tələbənin uçan binanın dağıntıları altında qaldığı açıqlanmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR