Türkiyədə zəlzələdə ölənlərin sayı 3 549-a çatdı - YENİLƏNDİ

Türkiyədə zəlzələdə ölənlərin sayı 3 549-a çatdı - YENİLƏNDİ

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Təbii fəlakət nəticəsində 22 168 nəfər yaralanıb.

 

***

12:44

 

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 419-a çatıb.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

 

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 20 534 nəfər yaralanıb.

 

***

10:45

 

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb.

 

Sfera.az xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

 

***

07:30

 

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.

 

Sfera.az-ın məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.

 

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

 

Təbii fəlakət nəticəsində ölənlərin sayı 2316-ya çatıb. 13 293 nəfər yaralanıb. 6217 binanın uçduğu bildirilib.

 

***

 

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762-ə çatıb, 12 068 yaralı var.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Təbii fəlakət nəticəsində 5 606 bina dağılıb. 

 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

 

****

21:31

 

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1651 nəfərə çatıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

O qeyd edib ki, zəlzələ zamanı 11 119 nəfər yaralanıb.

 

****

20:04

 

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. 

 

***

18:33

 

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1498 nəfərə çatıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

 

Məlumata görə, zəlzələ zamanı 8533 nəfər yaralanıb, 2834 bina dağılıb. Həlak olanların sayının artacağı istisna edilmir.

 

17:38

 

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. 

 

Sfera.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

***

16:22

 

Türkiyədəki zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.

 

Sfera.az bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Türkiyədə rəsmi ölənlərin sayı 102 nəfər artıb.

 

Orxan


OXŞAR XƏBƏRLƏR