Logo

Paşinyan başsağlığı verdi, Türkiyəyə yardım təklif etdi

Paşinyan başsağlığı verdi, Türkiyəyə yardım təklif etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verib.

Sfera.az bildirir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.

"Türkiyə və Suriyada çoxlu sayda insan itkisi ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri məni kədərləndirdi. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralılara təcili şəfalar diləyirik. Ermənistan yardım göstərməyə hazırdır", - deyə Nikol qeyd edib.

Qeyd edək ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR