"Əlimizdən gələni etməyə hazırıq” - Zelenskidən Türkiyəyə yardım təklifi
Kateqoriya məlum deyil
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqına və həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Sfera.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
“Bu çətin vaxtda Türkiyə xalqının yanındayıq. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq”, - o bildirib.






