Logo

“Putindən soruşdum ki, Zelenskini öldürəcəksən? Dedi ki…” – İsrailin keçmiş baş naziri

“Putindən soruşdum ki, Zelenskini öldürəcəksən? Dedi ki…” – İsrailin keçmiş baş naziri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putin müharibənin başlanğıcında ukraynalı həmkarı Vladimir Zelenskini öldürməyəcəyinə söz verib.

Bu sözlər İsrailin keçmiş baş naziri Naftali Bennet tərəfindən səslənib.

Bennett ötən ilin martında, müharibənin qızğın çağında Rusiya prezidenti Vladimir Putinlə görüşən azsaylı Qərb liderlərindən biri olub.

Bennett hətta Putindən Ukrayna prezidenti Vladimir Zelenskiyə sui-qəsd etmək niyyətinin olub olmadığı barədə soruşduğunu bildirib.

“Mən soruşdum ki, Zelenskini öldürməyi planlaşdırırsınızmı? O isə mənə Zelenskini öldürməyəcəyini söylədi. Ona görə də mən ondan bu barədə qəti söz verməsini istədim”, – İsrail baş naziri bildirib. Bennett Putinin bu sözlərini daha sonra Zelenskiyə zəng edərək çatdırdığını söyləyib.

Putin Bennetə “əməliyyatın hədəfinin Ukraynanın tərksilah edilməsindən” ibarət olduğunu desə də, sonradan bu vədinə xilaf çıxıb.

Musavat.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR