"Bu, Bayden üçün sonun başlanğıcı olacaq" - Dik Morris

“Sənəd qalmaqalı Bayden üçün sonun başlanğıcı olacaq”.

 

Sfera.az bildirir ki, bunu Bill Klintonun keçmiş müşaviri Dik Morris deyib.

 

O qeyd edib ki, sənədlər arasında Baydenin oğlunun rüşvət qalmaqalını ortaya qoyan sübutlar da ola bilər:

 

“Bu da Baydenin 2024-cü ildə yenidən seçilmək üçün namizədliyini irəli sürməsinə mane olacaq. Demokratlar Partiyasından prezidentliyə namizədlər arasında keçirilən son sorğuya görə də, 80 yaşlı prezident Bayden partiyasının cəmi 25%-nin dəstəyinə malikdir. Bu isə hazırkı prezident üçün “ölümün kənarında” olmaqdır. O, hazırda çox müdafiəsizdir. Yəni Baydeni nəfəs alan hər kəs yıxa bilər”.

 

Morris həmçinin Baydenin məxfi sənəd işinin keçmiş prezident Donald Trampın işindən fərqli olduğunu söyləyib.

 

“NBC”nin sorğusuna görə isə, amerikalıların 67 faizi həm Baydenin, həm də Trampın məxfi sənədləri evdə saxlamasından narahatdırlar.

 

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR