Bu ölkələr də İrandakı səfirliklərinin fəaliyyətini dayandırır – Tehran “diplomatik burulğanda”

Bu ölkələr də İrandakı səfirliklərinin fəaliyyətini dayandırır – Tehran “diplomatik burulğanda”

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti tamamilə dayandırılıb. Bundan başqa, Almaniya da bu ölkədəki səfirliyinin təxliyyə edilməsi ilə bağlı məlumat yayıb. London isə öz səfirini məsləhətləşmələr üçün İrandan geri çağırıb.

 

Maraqlıdır, müxtəlif ölkələrin öz diplomatik korpuslarını İrandan geri çağırması Tehran üçün nə vəd edir? Bundan sonra proseslər hansı şəkildə cərəyan edə bilər?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev zamanla bəzi ölkələrin səfirliklərinin İranı tərk edə biləcəyini deyib:

 

“Hər ölkə təhlükəsizlik şəraitini özü qiymətləndirir və qərar qəbul edir. Baş verən son hadisələr onu göstərir ki, İran 1961-ci ilin diplomatik konvensiyasına uyğun olaraq öz öhdəliyini yerinə yetirmir. Ona görə təxliyə ilə bağlı qərarı təkcə Azərbaycan yox, bir sıra ölkələr də qəbul edib. Hazırkı vəziyyət onu deməyə əsas verir ki, İranda təhlükəsizlik məsələsi olduqca zəifdir”.

 

BMTM sədri İranda bundan sonra vəziyyətin daha da pisləşcəyini bildirib:

 

“İran hökuməti diplomatik korpuslar qarşısında öz öhdəliyini yerinə yetirmir. Eyni zamanda, ötən gün İranda baş verən partlayışlar vəziyyətin getdikcə daha kritik olacağı ehtimalını artırır. Baş verənlər İranın əleyhinədir və bu ölkə üçün müsbət heç nə vəd etmir. Müxtəlif ölkələrin səfirliklərinin təxliyəsi isə ikitərəfli əlaqələrə zərbə olacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR