"Onun açıqlamalarından məyus olmamaq mümkün deyil" - Zelenski

Volodimir Zelenski xalqa gündəlik videomüraciətində Ukraynada davam edən müharibə ilə bağlı məlumat paylaşıb.

 

Sfera.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin ən qaynar qarşıdurmalarının ölkəsinin Donetsk bölgəsində davam etdiyinə diqqət çəkən Zelenski "Cəbhədəki vəziyyət, xüsusilə Donetsk bölgəsindəki Bəhmut və Vüqledar yaxınlığında son dərəcə ağır olaraq davam edir", - deyə bildirib. 

 

Rusiya ordusunu Ukraynada mülki infrastrukturları “dağıtmaqda” günahlandıran Zelenski, “İşğalçılar təkcə bizim mövqelərimizə hücum etmirlər, onlar ətrafdakı bu şəhər və kəndləri qəsdən məhv edirlər” deyib.

 

Zelenski çıxışında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxı Rusiyaya qarşı idman sahəsində məhdudiyyətlər qoymağa dəvət edib. Rusiya idmançılarının Olimpiya oyunlarında iştirakına qadağa qoyulması ilə bağlı hələ qərar verilmədiyini xatırladan Zelenski sözlərinə belə davam edib:

 

"Beynəlxalq Olimpiya Komitəsinin hazırkı prezidenti Tomas Baxın açıqlamalarından məyus olmamaq mümkün deyil. Mən onunla bir neçə dəfə danışmışam. Mən ondan heç vaxt eşitməmişəm ki, o, idmanı müharibə təbliğatından necə qoruyacaq?”.

 

Baxın müharibə zamanı bitərəf qalmamasının lazım olduğunu müdafiə edən Zelenski, "Yeri gəlmişkən, cənab Baxı da Bəhmuta dəvət edirəm. Bitərəflik olmadığını öz gözləri ilə görsün", - deyə bildirib.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR