Türkiyədə terror təhlükəsi - Almaniyadan XƏBƏRDARLIQ

Türkiyədə terror təhlükəsi - Almaniyadan XƏBƏRDARLIQ

Almaniyanın Türkiyədəki səfirliyi Avropada Qurani-Kərimi təhqir etməyə yönəlmiş silsilə aksiyalardan sonra vətəndaşlarına Türkiyədə mümkün terror aktları barədə xəbərdarlıq edib.

 

Sfera.az xəbər verir ki, səfirlik bununla bağlı Türkiyədəki Almaniya vətəndaşlarına ictimai yerləri ziyarət edərkən maksimum diqqət və sayıqlıq nümayiş etdirmələrini, ictimai yerlərdə, eləcə də ibadətlərin yerinə yetirildiyi yerlərdən çəkinmələrini tövsiyə edib.

 

Oxşar xəbərdarlıqlar daha əvvəl ABŞ və Fransa səfirlikləri tərəfindən də edilmişdi.

 

Xatırladaq ki, yanvarın 27-də Danimarkanın ifrat sağçı siyasətçisi Rasmus Paludan Quranı yenidən yandırıb. O, bu dəfə Kopenhagendə aksiya keçirib. Bundan sonra Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası göndərilib. Bundan əvvəl, yanvarın 21-də Paludan Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quranı yandırıb.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR