Misirlə münasibətlərin inkişafı Azərbaycana nə vəd edir? - AÇIQLAMA

Misirlə münasibətlərin inkişafı Azərbaycana nə vəd edir? - AÇIQLAMA

"Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri Qahirənin ölkəmizlə və bölgəmizlə əlaqələrə marağından irəli gəlir. Sisi Azərbaycandan sonra Ermənistana gedəcək". 

 

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O, Misirlə əlaqələrimizin perspektivindən danışıb:


"Hər halda Cənubi Qafqaza səfərin başlanğıcı kimi Azərbaycanın seçilməsi əhəmiyyətlidir. Bakı ilə Qahirə arasındakı münasibətlərin inkişaf imkanları var. Misirin dostu və tərəfdaşı olmaq Azərbaycan üçün faydalıdır. Misir Afrika qitəsinin və ərəb dünyasının aparıcı ölkələrindən biridir. Misir Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri qədər varlı olmasa da, geosiyasi mövqeyinə görə aparıcı dövlətlər Qahirənin siyasəti ilə hesablaşırlar. Bu səbəbdən Misirlə sıx əlaqlərin varlığı Azərbaycanın maraqlarına cavab verir". 

 

Politoloq Türkiyə-Misir münasibətlərinə də diqqət çəkib:

 

"Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan keçmiş illərdə Sisini çevriliş edən diktator adlandırsa da, hazırda onunla dialoqu genişləndirmək üçün imkanlar axtarır. Çünki Misirlə münasibətlərin soyuması Türkiyənin maraqlarına cavab vermir".

 

İnci

 


OXŞAR XƏBƏRLƏR