Logo

Polşa səfirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumu pislədi

Polşa səfirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumu pislədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Polşanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Sfera.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.

“Polşanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyir. Səfirliyin həlak olan mühafizə rəisinin ailəsinə başsağlığı veririk. Terror aktı zamanı yaralananlara tezliklə sağalmasını arzulayırıq”, - qeyd edilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR