“Bu hücumu törədənlər ən sərt şəkildə cəzalandırılmalıdır” - XİN rəhbəri
Kateqoriya məlum deyil
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı barədə paylaşım edib.
Sfera.az xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan Respublikasının İrandakı səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik. Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır”.






