Kremlin səfərbərliklə bağlı GİZLİ PLANI: Fevralın sonunda...

Kremlin səfərbərliklə bağlı GİZLİ PLANI: Fevralın sonunda...

Ukrayna Baş Qərargahının son məlumatına görə, Rusiyada növbəti kütləvi səfərbərlik dalğası fevralın sonuna planlaşdırılır. Məlumata görə, Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində Rusiya növbəti səfərbərlik dalğasına hazırlıq tədbirləri həyata keçirir. Daha əvvəl Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da oxşar proqnozlar vermişdi.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, yaxın gələcək üçün belə bir ehtimal istisna deyil:

 

“Kreml hələ ki, səfərbərlik iddialarını rədd edir. Buna baxmayaraq, Vladimir Putinin sözçüsü Dmitri Peskovun sonuncu açıqlamalarından biri növbəti səfərbərlik dalğası ilə bağlı ehtimalı artırır. O, bildirmişdi ki, hələ səfərbərlik prosesi başa çatmayıb. Deməli, rəsmi elan olunmasa belə, səfərbərliyin ikinci dalğasının həyata keçirilməsi mümkündür”.

 

Müsahibimiz qeyd edib ki, bu gün Rusiyaya ən çox lazım olan ordudakı şəxsi heyətin sayını mümkün qədər çox saxlamaqdır:

 

“Amma Kreml bunu gizli formada etməlidir. Yəni rəsmi Moskva səfərbərliyin ikinci dalğasına mümkün qədər getməməyə çalışacaq. Rusiya müxtəlif bəhanələrlə orduya yeni çağırışçılar cəlb etməyə səy göstərəcək. Yaxın gələcəkdə bununla bağlı müxtəlif açıqlamaların verilməsi, həmçinin ehtimal edilən səfərbərliyin “pərdələnməsi” mümkündür.  Buna baxmayaraq, Rusiyada səfərbərlik ehtimalı hər ötən gün artır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR