ABŞ-nin Rusiya-Ukrayna savaşından sonrakı PLANI - Detallar SIZDIRILDI

ABŞ-nin Rusiya-Ukrayna savaşından sonrakı PLANI - Detallar SIZDIRILDI

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna münaqişəsindən sonra qüvvələr balansının necə qurulacağı barədə plan qurmağa başlayıb.

 

Sfera.az bildirir ki, bu barədə dövlət katibi Entoni Blinken və adı açıqlanmayan rəsmilərlə danışan “The Washington Post” qəzeti yazıb.

 

Blinken nəşrə müsahibəsində deyib ki, Bayden Ukraynadakı vəziyyət fonunda Üçüncü Dünya Müharibəsinin və Rusiya Federasiyası ilə birbaşa münaqişənin qarşısını almaq istəyir.

 

“Strategiyanın bir hissəsi Ukraynada uzunmüddətli sülhü təmin etmək və Rusiyanı cilovlamaqdır”, deyə yazıda bildirilib.

 

Nəşrin yazdığına görə, Pentaqon Kiyevin silahlandırılmasına xüsusi diqqət yetirir ki, bu da uzunmüddətli münaqişənin qarşısının alınması məqsədi daşıyır:

 

“Silahlar təkcə Ukrayna ərazilərini geri almaq üçün verilmir, həm də Rusiyanın gələcək hücumlarına qarşı çəkindirmə vasitəsi kimi vacibdir”, - Dövlət Departamentinin rəsmisi bildirib.

 

ABŞ dövlət katibi Vaşinqtonun mövqeyini bir daha təsdiqləyib və qeyd edib ki, hərbi əməliyyatlarla bağlı bütün qərarlar son nəticədə Ukrayna tərəfindən verilməlidir.

 

“Eyni zamanda Ağ Evdə Dövlət Departamenti, Pentaqon və Milli Təhlükəsizlik Şurası müharibədən sonrakı vəziyyəti müzakirə edir. Xüsusilə, tərəflər Krım məsələsini gündəmə gətirirlər. Vaşinqton və Kiyev hesab edir ki, Krımın Ukrayna qüvvələri tərəfindən tutulması mümkün ola bilməz”.

 

Ukrayna və ABŞ rəsmiləri yarımadanın ələ keçirilməsi kampaniyası ideyasını “qeyri-real” adlandırıblar.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR