Logo

Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı - FOTO

Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyri-qanuni balıq ovu ilə məşğul olan rayonun Poylu qəsəbə sakinləri Rəşad Qurbanov və Katib Hüseynov saxlanılıblar.

Yoxlama zamanı onlardan bir ədəd rezin qayıq, 2 ədəd avar, bir ədəd elektrik cərəyanını artıran cihaz, bir ədəd akkumulyator, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladıqları balıq və digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı - FOTO

Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı - FOTO

Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR