Azərbaycanla Ermənistan arasında yeni sənəd imzalanacaq – “Vasitəçi ABŞ-dır...”

Azərbaycanla Ermənistan arasında yeni sənəd imzalanacaq – “Vasitəçi ABŞ-dır...”

“ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi üçün yeni sənəd hazırlanır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, bu sənəd Azərbaycanın beş təməl prinsiplərini özündə əks etdirməklə çərçivə sazişini nəzərdə tutur:

 

“Ermənistan tərəfi sülh müqaviləsinə imza atmağa tələsmir və ölkədə Konustitusiya referendumu planlaşdırır. Vaşinqtonun normallaşma prosesində aktivliyi məhz Rusiyani regiondan çıxarmaq və Cənubi Qafqazda möhkəmlənməkdir. Paralel olaraq Avropa İttifaqının mülki missiyası Ermənistana göndərilib. Bu missiya prinsipcə, Azərbaycan üçün ciddi problem deyil, Ermənistan-Rusiya əlaqələrinin pozulmasına xidmət edir. Burada Fransanın pozuculuq fəaliyyəti mümkündür. Rəsmi Bakını narahat edən əsas məqam da budur.  Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında Vaşinqtonun vasitəçiliyi ilə çərçivə sazişinin bağlanması gözlənilir. Belə saziş üçün liderlərin görüşünün təşkil edilməsi mümkündür”.

 

Ekspert qeyd edib ki, çərçivə sazişinin imzalanmasının nə qədər effektli olacağı isə sual doğurur:

 

“Ermənistan rəhbərliyi Azərbaycanın tələblərini praktiki olaraq həyata keçirməlidir. Əgər Ermənistan Qərbin ona verdiyi təhlükəsizlik dəstəyindən  Azərbaycana qarşı siyasi təzyiq kimi istifadə edəcəksə, yeni hərbi toqquşma qaçılmaz olacaq. Bu da Paşinyanın siyasi iflasına gətirib çıxara bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR