Logo

Quranı yandıran isveçli siyasətçi: “Qorxuram, təhdid mesajları gəlir…” - FOTO

Quranı yandıran isveçli siyasətçi: “Qorxuram, təhdid mesajları gəlir…” - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bunu siyasi səbəblərdən etdim. Bu qədər insanın məni öldürmək istədiyini görəndə kədərləndim".

Sfera.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Türkiyənin İsveçdəki səfirliyi yaxınlığında Qurani-Kərimi yandıran İsveç və Danimarka vətəndaşı Rasmus Paludan deyib.

"Müqəddəs mətni yandırdıqdan sonra dedim: yaxşı, belədir. Amma düşündüyüm kimi olmadı. Bu qədər insanın məni öldürmək istədiyini görəndə kədərləndim", - siyasətçi qeyd edib.

Əvvəllər də oxşar hərəkətlər edən Paludan əlavə edib ki, keçmişlə müqayisədə indi daha çox təhdidlər var: "Hazırda yaşadıqlarım əvvəlkilərə bənzəmir. Daha ciddi təhlükələr gəlir. Sosial şəbəkələrdə dəqiqədə 20 mesaj alıram və onlardan 5-i təhdiddir. Bəli, qorxuram, çünki kiminsə məni öldürəcəyini deyiblər. Bu hərəkətlə İsveçin NATO-ya üzvlüyü arasında heç bir əlaqə yoxdur".

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR