“Danışıqlar üçün ən yaxşı platforma Gürcüstandır” - Giorgi Volski

“Danışıqlar üçün ən yaxşı platforma Gürcüstandır” - Giorgi Volski

Gürcüstan parlamenti sədrinin birinci müavini Giorgi Volski Azərbaycan və Ermənistan arasında danışıqlar üçün ən yaxşı platformanın Gürcüstan olduğunu bildirib.

Sfera.az xəbər verir ki, dövlət rəsmisi qeyd edib ki,  Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində Gürcüstanın rolu xüsusi əhəmiyyət kəsb edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.

 

“Bizim həm Azərbaycan, həm də Ermənistanla xüsusi münasibətlərimiz var. Gürcüstanda çoxlu sayda erməni və azərbaycanlı yaşayır və bu iki tərəf arasında danışıqlar üçün ən yaxşı platforma Gürcüstandır”, - deyə o qeyd edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR