Logo

Xəzər İbrahim Yuta ştatının vitse-qubernatoru ilə görüşdü - FOTOLAR

Xəzər İbrahim Yuta ştatının vitse-qubernatoru ilə görüşdü - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

19 yanvar tarixində Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ABŞ-ın Yuta ştatının vitse-qubernatoru xanım Deidre Henderson ilə görüşüb.

Sfera.az xəbər verir ki, görüş zamanı səfir X.İbrahim Azərbaycanın ABŞ və Yuta ştatı ilə ikitərəfli münasibətləri, habelə ölkəmizin zəngin tarixi, mədəni irsi və tolerantlıq nümunəsi olması barədə həmsöhbətini məlumatlandırdı. Səfir Azərbaycan və Yuta ştatı arasındakı oxşarlıqlara diqqət çəkərək, Yutanın ABŞ-da, Azərbaycanın isə müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk ölkə olmasını vurğuladı.

Bundan əlavə, səfir X.İbrahim ölkəmizdə həyata keçirilən islahatlar, ölkə iqtisadiyyatının diversifikasiyası üçün görülən tədbirlər, xarici sərmayədarlar üçün yaradılmış əlverişli mühit, ölkəmizin regional nəqliyyat və enerji habına çevrilməsi və bu istiqamətdə görülən irimiqyaslı layihələr barədə ətraflı məlumat verdi.

Xanım Henderson, öz növbəsində, Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəməmiyyət verdiklərini, bütün sahələr, xüsusilə də iqtisadiyyat və sərmayələrin qarşılılqlı cəlb edilməsi üzrə əlaqələrin təşviqinə hazır olduqlarını qeyd etdi. Yuta ştatının alternativ enerji, yüksək texnologiyalar, turizm və kənd təsərrüfatı sahəsində qabaqcıl ştatlardan biri olmasını vurğulayan vitse-qubernator, qeyd olunan sahələrdə əməkdaşlığın böyük potensiala sahib olduğunu bildirdi.

Sonda səfir X.İbrahim Yuta ştatının vitse-qubernatorunu ölkəmizə dəvət etdi. Xanım Henderson dəvəti məmnuniyyətlə qəbul etdi.

Məlumat üçün bildirək ki, 219,890 kv.km. ərazisi və 3,399.000 əhalisi olan Yuta ştatının ÜDM-si 185 milyard və adambaşına düşən gəliri 55 min ABŞ dolları təşkil edir. Belə yüksək göstəricilər Yutanın ABŞ-ın ən qabaqcıl və inkişaf etmiş ştatları cərgəsində ilk yerlərdən birini tutmasını təmin edir.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR