Fransalı diplomatdan ABŞ-a AĞIR İTTİHAM: “Məqsədləri Avropada..” 

Fransalı diplomatdan ABŞ-a AĞIR İTTİHAM: “Məqsədləri Avropada..” 

Fransanın “Vətənpərvərlər” partiyasının lideri və Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo ABŞ-ı ittiham edib.

 

Sfera.az bildirir ki, o, Vaşinqtonun Avropada dünya müharibəsi açmaq istədiyini söyləyib.

 

“Amerika şahinlərinin təzyiqi altında Avropa İttifaqı ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskiyə getdikcə daha ağır silahların tədarüklər edilməsinə çalışır. Onlar Avropada dünya müharibəsi yaratmaq istəyir”, -deyə Flippo qeyd edib.

 

O həmçinin bildirib ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya “Leclerc” tankları göndərə bilər.

 

“Vətənpərvərlər”in lideri bundan əvvəl Fransanın hazırkı prezidentinin xarici siyasətini tənqid edib. Yanvarın 5-də o, Makronu Kiyevə silah göndərməkdən imtina etməyə çağırıb və belə bir qərarın Fransa ordusunu zəiflətdiyini, münaqişəni dayandırmağa kömək etmədiyini vurğulayıb.

 

Qeyd edək ki, yanvarın 4-də Makron Zelenski ilə telefon danışığı aparıb, nəticədə Yelisey sarayı Fransanın Kiyevə fransız yüngül tanklarını tədarük etmək niyyətini açıqlayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...