Logo

Keçmiş müşavirindən Zelenskiyə ittihamlar: "İstefa vermişkən, qoy, bunları deyim..."

Keçmiş müşavirindən Zelenskiyə ittihamlar: "İstefa vermişkən, qoy, bunları deyim..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən həftə Ukraynanın Dnepr şəhərində yaşayış binasına raket düşmüşdü.

Sfera.az xəbər verir ki, hadisə zamanı 40-dan çox mülki şəxs həyatını itirərkən, məsələ ilə əlaqədar Prezident Vladimir Zelenskinin müşaviri Aleksey Arestoviç diqqətçəkən açıqlama vermişdi.

Arestoviç demişdi ki, Rusiya raketi Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub və buna görə də mənzilin üzərinə düşüb. Bundan sonra istefa verməli olan Aleksey Arestoviç Zelenski ilə bağlı yeni iddialar səsləndirib.

Sadiq pravoslav kimi tanınan Arestoviç söyləyib:

“İstefa vermişkən düzünü danışım, Zelenski xristianlığa müharibə açdı. Kilsələr bağlandı. Zelenski rusları dışladı. Rusdillilərə qarşı ayrı-seçkilik edildi. Milyonlarla ukraynalının dövlətə sədaqəti zədələndi. Bunu düzəltmək asan olmayacaq”.

Ukraynada “regional müdafiə bölmələri” ideyasının memarı olan və on minlərlə insanın orduya cəlb olunmasını təmin edən Arerestoviçin açıqlamaları əks-səda doğurub. Arestoviçin adı “ölüm siyahısı” kimi tanınan Ukrayna Daxili İşlər Nazirliyinə bağlı “Myrotvorets” saytında dərc olunub.

Arestoviç saytda “Ukraynanın düşməni” elan edilib. Sözügedən saytda “Ukraynanın düşməni” elan edilənlər öldürülür.

Dnepr qubernatoru və bir çox ukraynalı siyasətçi Ukrayna kəşfiyyatından (SBU) Arerestoviçi həbs etməyi və dindirməyi tələb edib. Ukrayna mediası Arerestoviçin “Rusiya agenti” olduğunu iddia edir.(Teleqraf.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR