Logo

Azərbaycan XİN Avstriyaya cavab verdi: “İddiaların heç bir əsası yoxdur”

Azərbaycan XİN Avstriyaya cavab verdi: “İddiaların heç bir əsası yoxdur”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur!”.

Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR