ABŞ on ildə SSRİ-də 1500 zavod tikib – Bu dejavü Rusiyada yenidən yaşana bilər

ABŞ on ildə SSRİ-də 1500 zavod tikib – Bu dejavü Rusiyada yenidən yaşana bilər

Rusiyanın ABŞ-ın tələblərinə məhəl qoymaması və bu səbəbdən ağır sanksiyaların tətbiqi ölkənin iqtisadiyyatını, sənayesini dağıtmaqdadır. Proses hələ yeni başlayıb və yəqin ki, Rusiya tələblərlə razılaşmayacağı təqdirdə sanksiyalar uzun müddət qüvvədə qalacaq və nəticədə Rusiya tədricən müasir sənayeləşmiş ölkədən köhnə texnologiyalarla təchiz edilən adi sənaye müəssisələrinə sahib olan ölkəyə çevriləcək.

 

Sfera.az bildirir ki, daha bir dejavü yaşana bilər. Bunun üçün Rusiyanın Ukrayna müharibəsini uduzması və Vaşinqtonun, Londonun tələbləri ilə razılaşması lazımdır. Bu halda ABŞ Rusiyaya yeni texnoloji nizama keçməyə kömək edəcək. Bu, tarixdə bir dəfə baş verib. ABŞ cəmi 10 il ərzində (1930-1940) SSRİ-də kimya, aviasiya, elektrik, neft, mədənçıxarma, kömür, metallurgiya və digər sənaye sahələri eləcə də, avtomobil, traktor, təyyarə mühərrikləri və s. istehsalı üzrə Avropanın ən böyük zavodlarını yaratdı.

 

Məsələn, məşhur Stalinqrad Traktor Zavodu tamamilə ABŞ-da tikilib, sonra sökülüb və 100 gəmidə daşınaraq SSRİ-də yenidən yığılıb. “Dneproqes” müəssisəsi Amerika şirkəti olan “Cooper Engineering Company” tərəfindən tikilib. Sonralar SSRİ-də ilk tanklar da bu zavodda istehsal edilib. Qorki Avtomobil Zavodu (QAZ) ABŞ-ın “Austin” şirkəti tərəfindən tikilib, hazırkı AZLK “Ford” layihəsinə uyğun olaraq inşa edilib. Məşhur “Magnitoqorsk” İndiana ştatının Qari şəhərindəki metallurgiya zavodunun dəqiq surətidir. Yalnız ABŞ-ın “Albert Kahn Inc” şirkəti 500 sovet müəssisəsinin layihəsini hazırlayıb və tikib. “Albert Kahn Inc” şirkətinin rəhbəri Albert Kan Detroitdə sənaye memarı olub. ABŞ hökumətinin SSRİ-dəki işlər üçün Kana müraciət etməsi təsadüfi deyildi. Bu şəxs “Ford”un bütün zavodlarının layihələndirilməsindən sonra sənaye müəssisələrinin layihələndirilməsi üçün yüksək məhsuldar texnologiya işləyib hazırlamışdı. Onun 400 nəfərdən ibarət firması “Ford” üçün bir həftə ərzində müəssisələrin çertyojlarını hazırladı, 5 ayda isə sənaye müəssisələrinin binalarını tikdi. Kan eyni şeyi SSRİ-də də həyata keçirdi.

 

SSRİ-də metallurgiya zavodunun layihəsi rekord müddətdə tamamlandı. Zavodlar üçün tikinti konstruksiyaları ABŞ-da istehsal edildi, SSRİ-yə daşındı və 6 ay ərzində yığıldılar. SSRİ-də qabaqcıl sənaye memarlığı məktəbini yaradan da “Albert Kan Inc” idi. Zavodlarla birlikdə işçilər üçün şəhərlər də yaradıldı. Ernst May adlı alman memarı isə 20-yə yaxın sovet şəhəri üçün memarlıq layihələrinin hazırlanmasında iştirak edib. Ümumilikdə 10 il ərzində amerikalılar SSRİ-də 1500-ə yaxın zavod və fabrik tikiblər. SSRİ-yə təxminən 200 000 amerikalı mühəndis və texnik gəlib, onlar QULAQ düşərgələrində saxlanılan bir milyona yaxın məhbusun işlərinə rəhbərlik ediblər. Amerikalı professorlar fəhlə fakültələrində 300 000 ixtisaslı mütəxəssis, yəni uzun illər sovet sənayesi üçün bütün kadrları hazırladılar.

 

Beləliklə, sosializmin maddi bazası ABŞ kapitalistləri və məhkumların ucuz əməyi hesabına quruldu. İndi sənayesi, iqtisadiyyatının digər sahələri dağılmaqda olan Rusiya üçün ABŞ bu imkanı yenidən yarada bilər. Rusiyadan tələb olunan yeganə şey onun ABŞ-ın şərtləri ilə razılaşmasıdır. Hələlik, Rusiya müqavimət göstərir, ABŞ isə rəsmi Moskvanın nə zaman şərtləri qəbul edəcəyini gözləyir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...