"Makronun psixi problemi var, Azərbaycan uzun müddətdir həyəcan təbili çalır" - Politoloq

Son dövrlər Fransa Prezidenti Emmanuel Makronun psixi durumunun heç də yaxşı olmadığı barədə söz-söhbətlər artıb. Livanın tanınmış “Əl-Binə” saytında dərc olunan məqalədə qeyd olunub ki, Makronun özünün bu faktı təsdiq etməsi Fransa siyasətçilərinin onun səhhəti və zehni durumu ilə bağlı narahatlıqlarını artırıb. Nəşrin məlumatına görə, Emmanuel Makron Ağ Ev rəhbəri Co Baydenlə görüşdən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı, “İki həftə bundan öncə ciddi sinir böhranı keçirdim. Mən bütün nazirlərin və Baş nazirin vəzifələrini yerinə yetirirəm”- deyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov Fransanın tanınmış siyasətçisi və son seçkilərdə prezidentliyə namizəd olmuş Fransua Asselinonun sözlərini xatırladıb:

 

“Əgər Makronun dedikləri həqiqətdirsə, tezliklə ciddi tədbirlər görmək lazımdır: “Çünki bu tipli bəyanatlar hamımızın içərisində olduğu ciddi siyasi böhrandan xəbər verir. Makron ölkə üçün dağıdıcı siyasət həyata keçirir. Əgər onun psixi vəziyyəti qaydasında deyilsə, nüvə silahının işə salınması üçün şifrənin onda olması böyük təhlükə törədir. Bundan başqa, prezident ölkəni idarə etmək üçün xalq tərəfindən seçilir, nazirlərin və Baş nazirin vəzifələrini idarə etmək üçün yox. Bu, tamamilə konstitusiyanın ziddinədir. Heç kim Makronun Dünya çempionatındakı hərəkətlərinə və sosial şəbəkələrdə çıxan şəkillərinə bəraət qazandıra bilməz. Onun psixoloji probleminin olması artıq danılmaz faktdır”, deyə siyasətçi qeyd edib. Ümumiyyətlə, Emmanuel Makronun psixi durumunun yerində olmamasının nəticəsi onun apardığı beynəlxalq siyasətdə özünü daha ciddi şəkildə büruzə verir. Bu problemi Azərbaycan olaraq biz hamıdan tez hiss etmişik”.

 

Müsahibimiz qeyd edib ki, Azərbaycan uzun müddətdir, Makronun psixi probleminin olması barədə həyəcan təbili çalır:

 

“Ermənilər Azərbaycana qarşı bu qədər haqsızlıq törətdikləri halda, onları yalnız ağılları yerində olmayan dövlət rəhbərləri dəstəkləyə bilər. Ermənilərin digər himayəçilərinin də gec-tez psixoloji problemləri barədə məlumat alsaq, heç də təəcüblənmərik. Elə onlar da Makronun bu problemini bilib ondan bərk-bərk yapışıblar. Hər halda ağıllı adamla iş görmək çətin olar. Sevindirici haldır ki, Fransa Prezidentinin psixoloji vəziyyətinin normal olmadığı barədə artıq beynəlxalq səviyyədə danışmağa başlayıblar”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR