Zelenski Putinin "xaç atası"nı vətəndaşlıqdan ÇIXARDI - FOTO

Zelenski Putinin

Volodimir Zelenski Viktor Medvedçuk da daxil olmaqla, 4 nəfərin Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı qərar verib.

 

Sfera.az bildirir ki, bu barədə o, xalqa müraciətində deyib.

 

“Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış sənədlər əsasında və dövlətimizin Konstitusiyasına uyğun olaraq mən dörd nəfəri - Andrey Leonidoviç Derkaç, Taras Romanoviç Kozak, Renat Raveliyeviç Kuzmin və Viktor Volodimroviç Medvedçuku  vətəndaşlıqdan məhrum etmək qərarına gəldim” -  Zelenski qeyd edib.

 

O, xüsusi xidmət orqanlarının işləməyə davam etdiyini və bu cür qərarların davam edəcəyini vurğulayıb.

 

Qeyd edək ki, Ukraynalı deputat, Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Viktor Medvedçuk 2021-ci ildə vətənə xəyanətdə ittiham edilərək saxlanılıb və ev dustaqlığına məhkum edilib. Onun ötən il fevralın 24-də Rusiya işğalının başlaması ilə ev dustaqlığından qaçdığı iddia edilib və apreldə yenidən saxlanıldığı açıqlanıb. 2022-ci ilin sentyabrında Türkiyə ilə iki dövlət arasında aparılan danışıqlar nəticəsində Medvedçuk və 55 rus əsgəri, 5 Azov komandiri , 10-u əcnəbi olmaqla, 215 Ukrayna əsgəri qarşılığında Rusiyaya göndərilib.

 

Günay Rəsulqızı

 

 

 


 


OXŞAR XƏBƏRLƏR