Paşinyan Rusiyanı BMT-yə elçi salıb - Ona görə belə ediblər ki...

Paşinyan Rusiyanı BMT-yə elçi salıb - Ona görə belə ediblər ki...

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı İrəvanın BMT Təhlükəsizlik Şurasına müraciətini istisna etməyib. 

 

Sfera.az xəbər verir ki, bu barədə Rumıniyanın "RİA Novosti” agentliyi məlumat yayıb.

 

Bundan əvvəl Paşinyan Rusiyanı BMT Təhlükəsizlik Şurasında Laçın dəhlizinin blokadası ilə bağlı regiondakı vəziyyəti müzakirə etməyə çağırıb. Onun absurd yanaşmasına görə, Laçın dəhlizinin bağlanması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının altıncı bəndinin pozulması anlamına gəlir. 

 

Paşinyan Rusiya tərəfinin vəziyyəti dəyərləndirəcəyini, nəqliyyatın bərpası planını və yol xəritəsini təqdim edəcəyini gözləyir.

 

Mən BMT Təhlükəsizlik Şurasına müraciəti elan edəndə bir çox ekspertlər sual verdilər: niyə biz Ermənistanın müraciətindən yox, Rusiyanın müraciətindən danışırıq? Birincisi, Ermənistan Təhlükəsizlik Şurasına müraciət edib, ikincisi, biz o məsələ ilə bağlı Təhlükəsizlik Şurasına müraciət ediriksə, deməli, Rusiyaya da, müraciət edirik”, - RİA Novosti Paşinyanın sözlərini sitat gətirib.

 

Onun sözlərinə görə, Ermənistana birbaşa müraciət yox, BMT Təhlükəsizlik Şurasının qərarı lazımdır.

 

Paşinyan əlavə edib ki, İrəvan mövcud vəziyyətə əsaslanaraq qərarlar qəbul etməlidir.

 

“Ermənistan Rusiya sülhməramlılarının mandatının uzadılmasını istəməyə bilməz, amma nəyinsə prosesə təhlükə yaratdığını görsək, təbii ki, biz, o cümlədən Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı kimi başqa vasitələr tapmağa çalışmalıyıq”,- deyə baş nazir vurğulayıb.

 

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR