KTMT-dən Nikol Paşinyanın təlimlərlə bağlı açıqlamasına REAKSİYA

KTMT-dən Nikol Paşinyanın təlimlərlə bağlı açıqlamasına REAKSİYA

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri ilə 2023-cü ildə Ermənistan ərazisində keçirilməsi planlaşdırılan təlimlər digər dövlətlərdə də keçirilə bilər. 


Sfera.az xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargahının mətbuat xidməti məlumat yayıb.

 

Qərargahdan bildirilib ki, hazırda belə bir təlimin KTMT-yə üzv olan digər dövlətlərin ərazisində də keçirilməsinin mümkünlüyü və 2023-cü il üçün KTMT-nin komanda-nəzarət orqanlarının, qüvvə və vasitələrinin birgə təlimi planının dəqiqləşdirilməsi ilə bağlı təkliflər hazırlanır.

 

Qeyd edək ki, yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi bu il Ermənistanda KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” sülhməramlı təlimlərinin keçiriləcəyini bildirib. 

 

Bu gün mətbuat konfransında bu məlumatı şərh edən Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR